Azedu.az

UNEC-də “Bir ideyam var” layihəsi təqdim olunacaq    

Ali təhsil

29 Mart 2022, 17:39
 UNEC-də “Bir ideyam var” layihəsi təqdim olunacaq     

Martın 30-da Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera mərkəzinin dəstəyi və Kapital Bankın təşkilatçılığı ilə tələbələr arasında “Bir ideyam var” layihəsi təqdim olunacaq.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində tələbələr “Yeni rəqəmsal bank məhsulları və xidmətləri”, “Müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi”, “İnnovativ texnologiyaların tətbiqi” mövzuları üzrə ideya və təkliflərini verəcəklər.

 

İlkin mərhələdə tələbələr tərəfindən irəli sürülmüş ideyalar təhlil olunacaq.

 

Sonda qalib ideyalar mükafatlandırılacaq.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox