Azedu.az

ADNSU tələbələri ilə ailə-məişət mövzusunda görüş keçirilib

Ali təhsil

29 Mart 2022, 10:12
ADNSU tələbələri ilə ailə-məişət mövzusunda görüş keçirilib

Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının tələbələrlə görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Məişət zorakılığına yox deyək”, mövzusunda keçirilən tədbirdə öncə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev rektor, professor Mustafa Babanlının salamını qonaqlara və tədbir iştirakçılarına çatdırıb. O, qeyd edib ki, bugünkü görüş maarifləndirici xarakter daşıyır və xüsusilə gənclər üçün çox əhmiyyətlidir.   

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva və baş məsləhətçi Rafiq Mahmudov görüş üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Mütəxəssislər mövzu ətrafında geniş çıxış edərək belə maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirildiyini qeyd ediblər və ailə-məişət mövzunun bütün yaş qrupunda olan insanlar, xüsusilə gənclər üçün vacibliyini diqqətə çatdırıblar.

 

Tədbirdə mövzu ilə bağlı video-çarx nümayiş olunub, tələbələrin sualları cavablandırlıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox