Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 17:04:00
Yeni MİQ qərarları müəllimləri daha diqqətli edəcək - SƏBƏBLƏR

 

 



“MİQ-də 60 ballıq sistem ilə yaxşı və savadlı müəllimləri seçmək çətin idi”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Gəncə şəhər 41 saylı məktəbin coğrafiya müəllimi, DİQ və MİQ məsələləri üzrə mütəxəssis Arzu Kərimov deyib:

 

 

Belə ki, Müəllimlərin İşə Qəbulu müsabiqəsinin test imtahan mərhələsində 2022-ci ildən etibarən edilən dəyişiklər bəzi müəllim namizədlərin etirazlarına səbəb olub.

 

 

Xatırladaq ki, bu ildən 60 test tapşırığı 100 ballıq sistem ilə qiymətləndiriləcək və səhv cavablar düz suallara təsir göstərəcək.

 

 

Arzu müəllim qeyd edir ki, bu yolla müəllimlərin təsadüfi  seçiminin qarşısı alınacaq:

 

 

“Düşünürəm ki, MİQ-də olan dəyişiklər müsbət istiqamətdə həyata keçirilib. Yeni qaydalar təsadüfi halların qarşısını alacaq. Belə ki, əvvəlki illərdə səhv düzü aparmadığı üçün müəllimlər qapalı testlərin cavabını bildi-bilmədi atırdılar. Heç bir test tapşırığı cavabsız qalmırdı. Bu, da bəzi hallarda həmin sualların düz çıxmasına və müəllim namizədə əlavə bal hesablanmasına şərait yaradırdı. Lakin bu ildən səhv cavablar düzü aparacağı üçün bu ehtimal ardan qalxacaq. Müəllimlər bilmədiyi nümunələrə toxunmayacaqlar. Bu, da daha dəqiq nəticəni bizə göstərmiş olacaq, ehtimal sayəsində bal artmayacaq. Bilikli şəxslər daha çox ortaya çıxacaq. Bu, da daha şəffaf rəqabət mühiti yaradacaq. Çünki əvvəlki illərdə 60 və ona yaxın nəticə göstərən şəxslər çox idi, lakin vakansiyalar azlıq təşkil edirdi. Amma bu ildən yüksək bal toplayan şəxslərin sayı azalacaq”.

 

 

Arzu müəllim test cavablarının 100  ballıq şkala ilə qiymətləndirməsinə münasibət bildirib:

 

 

“Nəticələrin 100 balla qiymətləndirilməsi diferensiallığa yol açacaq. Çünki 60 ballıq sistem ilə yaxşı və savadlı müəllimləri seçmək çətin idi. Lakin 100 ballıq şkala daha rahat seçim imkanı yaradacaq. Bu vasitə ilə yüksək, aşağı və orta bilikli şəxslər üzə çıxacaq. Düşünürəm ki, bu yaxşılığa doğru atılan addımdır”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları