Azedu.az

Dövlət Neft və Sənaye Universitetində Novruz tədbiri  

Ali təhsil

20 Mart 2022, 17:48
Dövlət Neft və Sənaye Universitetində Novruz tədbiri  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramı münasibətilə tədbir keçirilib.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetin professor-müəllim heyətini və tələbələri Novruz bayramı münasibətilə təbrik edib.

 

Professor M.Babanlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində Böyük Zəfər qazandığını vurğulayıb. O, ölkəmizdə Novruz bayramının sonsuz sevinc hissləri ilə keçirildiyini deyib, xoş arzularını ifadə edib.

 

Qeyd olunub ki, Novruz bayramı xalqımızın milli adət-ənənələrini özündə əks etdirir.

 

Sonda universitetin həyətində bayram tonqalı yandırılıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox