Azedu.az

UNEC-in kollektivi  şəhid ailəsini ziyarət edib  

Ali təhsil

18 Mart 2022, 14:00
UNEC-in kollektivi  şəhid ailəsini ziyarət edib  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Novruz bayramı ərəfəsində Vətən müharibəsində şəhid olan tələbə Əsəd Əsədlinin ailəsini ziyarət edib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və mərkəzin digər əməkdaşları şəhidin ailəsi ilə görüşdə Əsəd Əsədlinin tələbəlik illəri, keçdiyi döyüş yolundan danışaraq, əziz xatirəsini anıblar.

 

Şəhidin anası Səidə xanım UNEC əməkdaşlarını Əsədin xatirə otağındakı şəxsi əşyaları və şəkillərlə tanış edərək, hər birinin tarixçəsindən söz açıb.

 

UNEC-in nümayəndələri şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirib, onların şərəfli ömür yollarının gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin borcu olduğunu vurğulayıblar.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox