Azedu.az

 Azərbaycan universitetləri arasında ilk dəfə “Kiber klub” yaradılıb  

Ali təhsil

17 Mart 2022, 10:20
 Azərbaycan universitetləri arasında ilk dəfə “Kiber klub” yaradılıb  

 Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan universitetləri arasında ilk olan “Kiber klub”un açılış mərasimi keçirilib. Klubun yaradıcıları BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının tələbələridir.

 

AzEdu.az xəbər verir ki, rəhbəri Əli Əsgərli olan BANM-in “Kiber klub”un idarə heyətinin üzvləri Tapdıq Məhərrəmli, Elza Qurbanova, Rüstəm Həbibullayev və Hüseyn Qəmbərovdur. Klubun yaradılmasında məqsəd kibertəhlükəsizlik sahəsində tədris alan tələbələr  arasında effektiv bilik və təcrübə mübadiləsini təmin etmək, ölkəmizdə bu sahənin inkişafına töhfə verməkdir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox