Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-16 16:23:00
“Məktəbli startapçılar” adlı yeni layihəyə start verilir-BŞTİ ilə AzEdu.az-dan ortaq iş

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən “Məktəbli startapçılar” adlı yeni layihəyə start verilir.

 

Layihədə paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunacaq. Bakı məktəblərində təhsil alan startapçılar təhsil həyatları, ideyaları, təqdim etdikləri yeniliklər və gələcək planları barədə danışacaqlar.

 

Layihənin məqsədi yaradıcı və yenilikləri ilə fərqlənən, sadəcə məktəbdə öyrəndiklərilə kifayətlənməyib daha çox məlumat əldə etməyə çalışaraq fərqli işlər ərsəyə gətirən Bakı məktəblərinin istedadlı gənc startapçılarını ictimaiyyətə tanıtmaqdan ibarətdir.

 

Əlavə olaraq, məktəblilərin gündəlik həyatlarını, startap ideyalarını əks etdirən fotoşəkil və videogörüntülər də layihə çərçivəsində təqdim olunacaq.

 

Həmçinin layihədə iştirak edən şagirdlər ideyalarını startapa çevirmək istəyən digər məktəblilərə fikir və tövsiyələrini təqdim edəcəklər.