Azedu.az

İtkin düşən tələbə ilə bağlı universitetdən AÇIQLAMA  

Ali təhsil

5 Mart 2022, 16:25
İtkin düşən tələbə ilə bağlı universitetdən AÇIQLAMA  

Bakı Dövlət Universiteti (BDU) itkin düşən Geologiya fakültəsinin tələbəsi İlkin Qənbərli ilə bağlı açıqlama yayıb.

 

AzEdu.az -un məlumatına görə açıqlamada deyilir:

 

"Universitet İ.Qənbərlinin itkin düşməsindən narahatlığını bildirir, onun tezliklə ailəsinə qovuşmağını və tələbələrin sırasına qatılmasını arzulayır. Təəssüf hissi ilə qeyd edirik ki, İlkin Qənbərli təhsil aldığı müddət ərzində idman karyerası ilə bağlı düzgün olmayan məlumatlar təqdim edib və onun səmimiyyətinə inanılıb. Hazırda BDU-da idmanın müxtəlif növləri üzrə bir neçə olimpiya, dünya, Avropa çempion və mükafatçısı təhsil alır. Onlar daim BDU tərəfindən diqqətdə saxlanılır".

 
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində
Son xəbərlərDaha çox