Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-01 13:06:00
Harvard Universiteti Ukraynaya dəstəklə bağlı bəyanat yaydı,qarşısında Ukrayna bayrağı dalğalandırdı-FOTO

 

Dünyanın ən məşhur ali təhsil müəssisələrindən olan Harvard Universiteti Ukraynaya dəstəyilə bağlı bəyanat yayıb.

 

AzEdu.az xəbər verir ki, bəyanatda Rusiyasının işğalçılıq siyasəti pislənib. Həmçinin dəstəyin açıq ifadəsi üçün universitet binasının qarşısında Ukrayna bayrağı qaldırılıb.

 

Bəyanatda qeyd edilir:

 

“Vladimir Putinin acınacaqlı hərəkətləri milyonlarla insanın həyatını riskə atıb, suverenlik anlayışını sarsıdıb. Demokratik idealların əbədiləşdirilməsinə və insan hüquqlarının ifadəsinə sadiq olan qurumlar bu cür qeyri-qanuni təcavüzü pisləməyə borcludurlar.

 

Harvard cəmiyyətimizin ciddi qeyri-müəyyənliklə üzləşən üzvlərinə bacardığı qədər dəstək verməyə davam edəcək. Biz Ukrayna haqqında bilikləri bölüşməyə və onun mədəniyyəti, tarixi və dili haqqında anlayışı inkişaf etdirməyə davam edəcəyik. Həmçinin qəddarlığa qarşı səs çıxarmağa, həll və azadlığa ümid edərək mərhəmətlə hərəkət etməyə davam edəcəyik”. 

 

Bəyanatda son olaraq,-“Bu gün Harvard Yardının üzərində Ukrayna bayrağı dalğalanır. Harvard Universiteti Ukrayna xalqının yanındadır”-deyə qeyd olunub.