Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-07 09:36:00
Magistraturaya sənəd verən bakalavrlar - 7794 ərizə təsdiqlənib

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya sənəd qəbulunu davam etdirir.

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 1-dən başlayıb və 10 fevral saat 23:59-dək davam edəcək.

DİM-dən  verilən məlumata görə, 7 fevral saat 09:00-a olan məlumata əsasən 7794 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 7097; rus bölməsi - 697).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan 2022-ci il fevralın 20-də keçiriləcək.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.