Azedu.az

UNEC-in tələbə və məzunu Prezident mükafatına layiq görülüb

Ali təhsil

3 Fevral 2022, 09:59
UNEC-in tələbə və məzunu Prezident mükafatına layiq görülüb

Prezident İlham Əliyev "2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb.

 

AzEdu.az xəbər verir ki, UNEC-in tələbəsi Azər Əliyev və məzunu Emiliya Bayramova Prezident İlham Əliyevin Sərəncamına əsasən, Gənclər üçün Prezident mükafatına layiq görülüblər.

 

Azər Əliyev 2010-2014-cü illərdə UNEC-in Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda isə UNEC-də MBA proqramında “Layihələrin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir.

 

Emiliya Bayramova 2016-2020-cu illərdə UNEC-in Rus İqtisad Məktəbində “Beynəlxalq münasibətlər“ ixtisasıüzrə bakalavr təhsili alıb. Hazırda “ASAN Könüllüləri Gənclər Təşkilatının sədridir.

 

Azər Əliyev və Emiliya Bayramovanı təbrik edirik, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində
Son xəbərlərDaha çox