Azedu.az

AzTU-nun Tələbə Gənclər Təşkilatı “İlin Tələbə Gənclər Təşkilatı”  adına layiq görülüb

Ali təhsil

2 Fevral 2022, 14:00
AzTU-nun Tələbə Gənclər Təşkilatı “İlin Tələbə Gənclər Təşkilatı”  adına layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatı 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllülük fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.

 

AzEdu.az xəbər verir ki. AzTU-nun tələbəsi Sənan Abdullazadə isə “İlin ən fəal TGT nümayəndəsi” seçilib.

 

Mükafatlandırma mərasimi Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Gənclər Gününə həsr olunan tələbə gənclər təşkilatlarının “I Strateji Planlaşdırma Forumu” çərçivəsində keçirilib.

 

Qeyd edək ki, forumun keçirilməsində məqsəd ATGTİ və tələbə gənclər təşkilatlarının uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunmasına, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaqdır.

Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində
Son xəbərlərDaha çox