Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-09 13:40:52
Sehrbazlıq və cadugərliyi öyrədən qeyri-adi universitet-FOTOLAR

Qəribə də olsa, dünyada on bir sehrbazlıq məktəbi fəaliyyət göstərir. Bunlardan biri də, Polşadadır.  Sehrbazlıq və cadugərliyi öyrədən  məktəb Lesnanın yaxınlığında yerləşir. Berlindən bu məktəbə üç, Varşavadan isə iki  saat ərzində getmək mümkündür.

Czocha qalasındakı “College of Witchcraft and Wizardry” cadugərlik məktəbi yaşı 18-dən yuxarı olan gənclərə sehrbaz və ya cadugər olmanın sirlərini öyrədir. Məktəbin ilk ilindən etibarən, şagirdlərə sehrbazlıq, bitkilər, astronomiya, uçan süpürgələr, sehrli kəlamlar, sehirli içkilər, müdafiə ilə bağlı bilgilər verilir.

Məşhur “Harry Porter” filmindəki “Hogwarts” məktəbində olduğu kimi burada da şagirdlər dörd bölümdən birini seçə bilərlər: Qaranlıq sənətlərə və ya lənətə qarşı mübarizə, şəfa vermə , sehrli heyvanlarla işləmə, sözsüz ünsiyyət təlimi.

Bu məktəbdə şagirdlər  beş qrupdan birinə yerləşdirilirlər: “Durentius”, “Faust”, “Libussa”, “Molin”, ya da “Sendivogius”. Hogwartsda olduğu kimi burada da qruplara məşhur cadugərlərin adları verilir. Məsələn, Sendivogiusun adı polyak akademik Michal Sedziwojdan, Libussanın adı isə kahin və çex xalqının atası sayılan Libusedən götürülüb.

Bu cadugərlik və sehrbazlıq məktəbində dərslər ingiliscə keçirilir. Şagirdlər 280 avro müqabilində qalmağa yer, yemək, yataq, və məktəb dərslikləri ilə təmin olunurlar. Noyabr ayında burada keçirilən ilk dördgünlük tədbir üçün dünyanın 11 ölkəsindən 200 insan qeydiyyatdan keçib.

28829656_1665609523476501_813490502_n.jpg

28829057_1665609503476503_97304529_n.jpg

28829093_1665609516809835_1822075878_n.jpg

28927959_1665609500143170_1265852897_o.jpg

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları