Azedu.az

BMU-nun Qadınlar Şurası xeyriyyə aksiyası həyata keçirib  

Ali təhsil

30 Yanvar 2022, 16:10
BMU-nun Qadınlar Şurası xeyriyyə aksiyası həyata keçirib  

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası xeyriyyə aksiyalarını davam etdirir. Növbəti belə tədbir universitetin texniki heyətinin işçilərini əhatə edib və Şura daha çox ehtiyacı olan 10 işçiyə yardım göstərib.

 

AzEdu.az xəbər verir ki, universitetin ictimai-sosial həyatında aktiv iştirak edən  BMU-nun Qadınlar Şurasının fəaliyyətinin əsas istiqamətlərindən biri də aztəminatlı ailələrə yardımların göstərilməsidir.

 

Qurum indiyə qədər, xüsusilə pandemiya dövründə, təkcə universitet daxilində deyil Abşeron rayonunda müxtəlif xeyriyyə aksiyaları təşkil edib. 

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox