Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-14 11:36:00
“SABAH” qruplarına müəllim seçimi yanvarın 16-da yekunlaşacaq

Təhsil Nazirliyinin “SABAH” qruplarında 2021-2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu yanvarın 16-da yekunlaşacaq.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Hər bir namizəd ən çox 2 fənn üzrə müraciət edə bilər.