Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 11:25:00
Lütfi Zadə təqaüdçüləri: “Pulu təhsilimə xərclədim”-Azedunun ortaq layihəsi

 

 

Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası ilə AzEdu Təhsil Portalının  və AzEdu Academy-nin ortaq layihəsi olan Lütfi Zadə adına təqaüdü bu il də iki tələbəyə veriləcək.

 

Lütfi Zadə Assosiasiyasının prezidenti, dünya çapına tanınan  professor Rafiq Əliyevin təşəbbüsü ilə irəli sürülən təqaüd proqramı torpaqlarımızın azad olunması, qələbəmizlə başa çatan Vətən Müharibəsində, eləcə də I Qarabağ Müharibəsində  şəhid və qazi olan şəxslərin tələbə övladlarını əhatə edir.

 

Birinci il verilən tələblərə uyğun olan, valideyni I Qarabağ müharibəsi veteranı olmuş iki tələbəsi bu təqaüdə layiq görüldü.

 

AzEdu.az bu iki tələbə ilə söhbətləşərək, onların təəssüratlarını, dahi Lütfi Zadənin adını daşıyan təqaüdün önəmliliyini nəzərə çatırmağa çalışıb:

 

Onlardan biri Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fükültəsinin (kompüter elmləri ixtisası  üzrə) IV kurs tələbəsi olan  Məmmədova Aygün İlkin qızı təqaüdün daha çox tələbəni əhatə etməsinin arzuolunan olduğunu bildirib:

 

“Belə bir təqaüdün verilməsi addımını bir daha təqdir edirəm. Təqaüddən əsasən təhsilim istiqamətində faydalandım. Bu təqaüdlə yanaşı universitetdə də təqaüd alıram, bu məni kifayət qədər qane edir. Qarabağ müharibəsi veteranlarının, qazilərin övlarına bu təqaüdün verilməsinin davam etdirilməsini istəyərəm. Bundan yararlanacaq tələbələrin sayının artırılması yaxşı olar”.

 

Digər təqaüdçü olan UNEC-in Rəqəmsal İqtidsadiyyat fakültəsinin (kompüter elmləri ixtisası)  II kurs tələbəsi Vəlizadə Fidan Aqşin qızı təqaüddən özünü inkişaf istiqamətində yararlandığını bildirib:

 

“Bu təqaüddən əsasən özümü inkişaf etdirmək üçün faydalanmağa çalışıram. Bildiklərimi daha da təkmilləşdirmək üçün kompüter kursuna yazıldım. Təqaüdün verilməsinə davam etdirilməsi arzuolunandır. Təqaüdün sadəcə I Qarabağ müharibəsi deyil, eyni zamanda Vətən Müharibəsi iştirakçılarının da övladlarını əhatə etməsi gözəl addımdır”.