Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 10:36:00
Müəllimlər üçün çox faydalı tədris proqramları, mobil tətbiqlər – İndi endirin  və faydalanın

Hazır ölkəmizdə tətbiq edilən karantin rejimində xüsusilə təhsil sahəsində internetin əhəmiyyəti daha çox görünür.

 

Karantinlə əlaqədar olaraq, dövlət təhsil müəssisələri ilə yanaşı, özəl kurslar və repetitorlar da onlayn tədrisə üz tutublar. Hazırda ölkədə daha çox “MS -TEAMS” və “ZOOM” proqramları ilə dərslər  keçirilir.

 

 

AzEdu.az olaraq, bu yazıda  müəllimlərin dərs zamanı istifadə edə biləcəkləri faydalı proqramları təqdim edirik.

 

 

Dərslər üçün lazımı sənədlərin, şagirdlərin ev tapşırıqlarının və s. lazımlı faylların saxlanılmasında aşağıdakı proqramlardan istifadə edə bilərsiniz:

 

 

Google Drive

Google Fotoğraflar

Dropbox

Microsoft OneDrive

SugarSync

 

Hörmətli müəllimlər, aşağıdakı proqramlarla isə  virtual sinif yaradaraq şagirdlərlə daha sürətli əlaqə saxlaya bilərsiniz:

 

Google Classroom

Edmodo

TeacherKit

ClassDojo

Brightwheel

Canvas Student

Microsoft OneNote

Schoology

Classcraft

 

 

Dərsləri  quru və maraqsız keçmək yerinə, mövzuya uyğun şəkillərlə daha əyləncəli təşkil etmək olar. Bunun üçün də sizə aşağıda qeyd etdiyimiz proqramların böyük köməyi olacaq:

 

Pinterest

Popplet

Prampts for writing

Flipboard

 

Dərsləri daha canlı keçmək üçün təqdimatlara da müraciət etmək lazım gəlir.  Adlarını sadaladığımız proqramlar bu işdə sizə çox kömək olacaq:

 

 Clips

Stop Motion Studio

HP Reveal

Comic Book

Adobe Spark Video

Emaze

Wondershare Filmora

 

Dərslərdə bəzən ənənədən kənara çıxmaq şagirdlər üçün də maraqlı olar. Aşağıda qeyd etdiyimiz qiymətləndirmə proqramları ilə şagirdlərin dərsə marağının artacağından əmin ola bilərsiniz:

 

Kahoot! Play & Create Quizzes

Seesaw:The Learning Journal

Socrative Teacher

Quizlet

Socrative Student

 

Sonda isə, xüsusilə aşağı siniflər üçün faydalı olacaq proqramları diqqətinizə çatdırmaq istərdik. Bu proqramlarla siz azyaşlıları dərsə daha yaxşı adaptasiya edə bilərsiz:

 

Padlet

Canva

Blendspace

Pawtoon

Vyond

StoryJumper

CrossWordLabs

Quiver

Burbbl

Go Animate

Learning Apps

 

Xatırladaq  ki, yuxarıda sadaladığımız proqramları “Play Market” və “App Store”dən rahatlıqla yükləyə bilərsiniz. Onu da qeyd edək ki, proqramların adları ingiliscə olsa da müxtəlif tətbiq dilləri mövcuddur.