Azedu.az

DİM: "Abituriyentlərin iki fənn üzrə cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar var"  

Dövlət İmtahan Mərkəzi

30 Dekabr 2021, 13:38
DİM:

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.

 

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, iclasda gündəlik məsələ bu il keçirilən II və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunan tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, nominasiya və mövzulara uyğunluq baxımından təhlili olub.

 

Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

 

İşçi qruplarının növbəti iclası 6 yanvar 2022-ci il tarixində keçiriləcək.

 

report

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox