Azedu.az

Turizm sahəsi üzrə qısamüddətli təlimlərə müraciətlər qəbul olunur  

Maraqlı

Peşə təhsili-faydalı məlumat və xəbərlər

16 Dekabr 2021, 14:16
Turizm sahəsi üzrə qısamüddətli təlimlərə müraciətlər qəbul olunur  

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində turizm sahəsi üzrə ixtisaslı kadrların yetişdirilməsi məqsədilə qısamüddətli təlimlərə müraciətlər qəbul olunur.

Bu barədə  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müraciətlərin qəbulu 2022-ci il yanvarın 10-dək elektron formada aparılacaq.

Təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən turizm sahəsində fəaliyyət göstərən müəssisələrlə birgə təşkil ediləcək. Təlimlər qısa müddət ərzində turizm və xidmət sahəsində bilik və bacarıqların artırılması yolu ilə vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsini də nəzərdə tutur.

İlkin mərhələ olaraq hoteldə təmizlik xidməti, ofisiant və barista istiqamətləri üzrə təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərə hotelçilik və xidmət sahəsində işləməyə həvəsi olan şəxslər müraciət edə bilərlər.

Qeyd edək ki, təlimlər əmək bazarının ehtiyaclarına uyğun hazırlanıb. Bakı şəhərində təşkil ediləcək təlimlərin növbəti mərhələdə regionları da əhatə edəcəyi nəzərdə tutulur.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox