Azedu.az

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 528 nəfər qeydiyyatdan keçib  

27 Noyabr 2021, 17:32
İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 528 nəfər qeydiyyatdan keçib  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dekabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 8-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:40-dək imtahanda iştirak etmək üçün 530 (BA - 107, BB - 423) nəfər qeydiyyatdan keçib.

 

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox