Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-24 12:26:00
Azərbaycanda rektor və direktor vəzifəsində işləyən qadınların sayı açıqlanıb

Azərbaycanda qadınların dövlət qurumlarında təmsilçiliyi ilə bağlı statistika açıqlanıb.

 

Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov ölkədə 93 hakimin qadın olduğunu bildirib.

 

O qeyd edib ki, yerli icra hakimiyyəti başçılarının müavinlərindən 72-si qadındır: "Eyni zamanda 8 nazir müavini qadın, yerli icra başçılarından isə ikisi - Abşeron və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun icra başçıları qadındır".

 

"2020-2021-ci tədris ilinin əvvəlinə olan statistikaya əsasən, Azərbaycanda 8 qadın ali təhsil müəssisəsinin rektoru, 15 qadın kollec direktoru, 9 nəfər peşə təhsili müəssisələrinin direktoru, 1345 qadın isə məktəb direktoru vəzifəsində çalışır", - E.Səfərov əlavə edib.

 

Report