https://www.zirve.edu.az/ #
2021-11-21 15:11:00
Rayon şagirdlərinin kodlaşdırmanı öyrənməsi üçün təlimlər keçirilir

“Şagirdlərin kodlaşdırmanı öyrənərək Qarabağ və vətənpərvərlik mövzusunda saytlar hazırlaması” layihəsinin məqsədi şagirdlərin kodlaşdırmanı öyrənərək öz bacarıqları əsasında Qarabağ və vətənpərvərlik mövzusunda saytlar hazırlamasıdır.

 

Layihə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olub.

 

 

Layihə rəhbəri, Astara rayonu Şağlazüzə kənd tam orta məktəbinin direktoru Mahmudov Radik bildirib ki, layihənin vəzifələri şagirdlərə kodlaşdırmanın öyrədilməsi, istedadlı şagirdlərin üzə çıxarılması, şagirdlərin Qarabağ və vətənpərvərlik mövzusunda saytlar hazırlaması, onların peşə istiqamətlərinə töhfə verilməsi, ucqar kənd məktəbində kodlaşdırma bacarıqları olan şagirdlərin formalaşdırılması, müasir, bacarıqlı və vətənpərvər vətəndaş formalaşdırılmasına töhfə verilməsidir.

 

 

O əlavə edib ki, məktəbimizdə çoxlu istedadlı şagirdlər olsa da onların kodlaşdırma bacarıqları yoxdur. Məktəbimizin ucqar kənddə yerləşməsi də buna səbəb olur. Lakin onlara kodlaşdırma dərsləri və istiqamətləri verilsə onlar çoxlu işlər görə bilərlər. Yəni, məhz həmin istedadlı şagirdlərin özləri müxtəlif kodlaşdırma apararaq saytlar yarada bilərlər. Onların dərslərə hazırlığı, analitik bacarıqları bunu deməyə əsas verir.

Eyni zamanda onların vətənpərvər böyümələrinə, vətənpərvər şəxsiyyət kimi formalaşmasına töhfə kimi vətənpərvərlik, Qarabağ mövzularında saytlara yaratmaları da olduqca vacib məsələdir.

 

 

Hazırda isə onların kodlaşdırma bacarıqları olmadığı üçün bu işlərə həyata keçirə bilmirlər. Nəzərə alınmalıdır ki, hazırki dövrdə kodlaşdırma olduqca prioritet bir sahədir. Şagirdlərimizin həm bu sahəni öyrənməsi, eyni zamanda vətənpərvər olması da dövlətimiz üçün prioritetdir.

 

 

Bütün bunları nəzərə aldıqda layihənin əhəmiyyətli və vacib olduğu tam aydın olur.

 

 

Layihənin icra müddəti 15 sentyabr 2021-ci il – 15 fevral 2022-ci il tarixləridir.

 

Layihənin icrasınının başlanğıcı olaraq layihənin onlayn açılışı təşkil olunub. Şagirdlərə onlayn qaydada dərslər keçirilir. Dərsləri Bakı şəhərindən olan, kodlaşdırma mütəxəssisi müəllimlər onlayn qaydada keçirDərslərin praktiki, təcrübi olmasına üstünlük veriləcək. Dərs zamanı lazım olduqda şagirdər ekranlarını müəllimlə bölüşəcəklər. Bu zaman müəllim şagirdlərin praktiki bacarıqlarını müşahidə edəcəkdir.

 

 

Şagirdlər kodlaşdırmanı öyrəndikdən sonra öz bilik və bacarıqları əsasında saytlar hazırlamağa başlayacaqlar. Saytlar əvvəlcə müəllimin köməyi ilə hazırlanacaq. Sonra müəllim tərəfindən onlara sayt yaratmaq üçün tapşırıq veriləcək. Şagirdlər onlayn olaraq qruplar şəklində saytlar hazırlayacaq.

 

Layihə rəhbəri deyir ki, layihənin icrası ucqar kənd məktəbimizin şagirdlərinin kodlaşdırmanın öyrənməsinə gətirib çıxaracaq. Nəticədə məktəbimizin istedadlı şagirdlərin üzə çıxarılacaq. Layihə şagirdlərin peşə istiqamətlərinə töhfə də vermiş olacaq.

 

 

Şagirdlərimiz Qarabağ və vətənpərvərlik mövzusunda saytlar hazırlayacaq. Nəticədə şagirdlərimizin müasir, bacarıqlı və vətənpərvər vətəndaş kimi formalaşmasına töhfə veriləcək. Şagirdlər Qarabağ tarixini, həqiqətlərini, vətənimizn tarixini, zənginliklərini bir daha araşdıracaq, daha çox məlumatlı olacaqlar. Həmçinin ictimaiyyətin Qarabağ həqiqətlərini öyrənmə istiqamətində maarifləndirilməsinə töhfə verəcəklər.