Azedu.az

Məktəblər distant tədrisə keçməyəcək – Nazirlik rəsmisi

Orta təhsil

Təhsil Nazirliyi

4 Noyabr 2021, 14:12
Məktəblər distant tədrisə keçməyəcək – Nazirlik rəsmisi

 

 

“Məktəblərdə koronavirusla əlaqədar vəziyyət kritik deyil”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

 

O, son zamanlar cəmiyyətdə yaranan məktəblərin bağlanacağı fikrinə münasibət bildirib:

 

“Bu gün məktəblərin distant tədrisə keçməsi gündəmdə deyil. Məktəblərin bağlanması barədə hər hansı qərar olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək. Bu günə olan rəqəmlər vəziyyətin gərgin olduğunu göstərmir".

Rus ordusunda PANİKA BAŞLADI - Əsgərlərdən kütləvi etiraz
Son xəbərlərDaha çox