https://www.zirve.edu.az/ #
2021-10-19 13:23:00
“Boş qalan vakant yerlər qonşu məktəbdən olan müəllimlərə pul qarşılığında satılır” -CİDDİ PROBLEM

 

 “Şəxsi maraqlar ucbatından MİQ-də vakansiyalar gizlədilir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Ağdam rayon, 91 saylı tam orta məktəbin direktoru Nemət Rüstəmli deyib.

 

Belə ki, MİQ müsabiqəsi başa çatsa da, onunla bağlı müzakirələr hələ də davam edir. Bir çox müəllimlər vakant yerlərin gizlədildiyini iddia edir.

 

Təhsil naziri Emin Əmrullayev da vakant yerlərin gizlədildiyinin həqiqət olduğunu vurğulayıb.

 

“Bir çox bölgələrdə Ərazi Hesablaşma Maliyə Mərkəzləri yaradılıb. Bu qurumlara verilən məlumatlar məktəb direktorları tərəfindən gizlədilir. Onlar boş qalan vakansiyaları öz və qonşu məktəbdən olan müəllimlərə pul qarşılığında satırlar. Şəxsi maraqlar ucbatından MİQ-də vakansiyalar gizlədilir. Mən direktor təyin edildikdən sonra 15 vakant yer çıxarmışam. Baxmayaraq ki, bu məktəb çox kiçik və 180 şagirdi əhatə edir. Burada təsviri incəsənət, musiqi kimi fənlərin müəllimlərinə yer ayırdım, onlar dərs keçdikdən sonra öz potensiallarını kəşf edə bildilər. Hətta bir müəllimimiz Nəsiminin 650 illik yubileyində birinci yeri qazandı, lakin mən həmin fənləri başqa müəllimə versəydim, bu nəticəni əldə edə bilməızdi”.

 

O, çıxış yolunu nə olduğunu diqqətə çatdırır:

 

“Bunun qarşısını almaq üçün nazirlik proqram hazırlayıb, lakin onun tətbiqi iki ildən çoxdur ki, yubadılır. Əgər o, tətbiq olunsa, burada diaqnostik bal, müəllim stajı  və ona veriləcək saat  göstəriləcək. Bu ən yaxşı variantdı və bununla neqativ halların qarşısını almaq mümkün olacaq.

 

Vakant yerlərin satılması ən çox rayonlarda deyil, Bakı məktəblərində qeydə alınır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları