Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-17 15:46:00
ARTİ şagirdlər üçün beynəlxalq müsabiqə təşkil edəcək      

Təhsil İnstitutu noyabrın 14-də şagirdlər üçün Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini (KBRM) təşkil edəcək. Müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində keçirilir.

 

AzEdu.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. 1-ci, 2-ci və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.

 

Müsabiqədə iştirak etmək istəyən şagirdlər mütləq qaydada onlayn qeydiyyatdan keçməli, ödəniş etməli və buraxılış vərəqəsini çap etməlidirlər. İştirak üçün ödəniş məbləği 13 AZN təşkil edir. Qeydiyyat Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən oktyabrın 11-dən noyabrın 1-dək onlayn aparılacaq.