Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 12:00:00
Fazil Mustafa: “Elm sahəsində plagiat baş alıb gedir”

“Ali Attestasiya Komissiyası tərəfindən bir nəfərin elmi işi plagiat olduğu üçün ləğv olunur”.
AzEdu.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, bu gün elm sahəsində plagiat baş alıb gedir: “Bu məlumat daha geniş olsa, yaxşı olardı. Yəni kimin adamı idi, yaxud kimsəsiz idimi?!”.
Deputat qeyd edib ki, məmurların qorunması məsələsinə diqqət yetirməliyik: “Yeni rəhbər gələn kimi əvvəlki işçiləri çıxarırlar. Bütün sahələrdə bu problem var. Bu problemi təcili olaraq ortadan qaldırmalıyıq”.