Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-12 13:49:00
Sabiq nazir Firudin Cəlilov: “Misir Mərdanov təhsili bilən adamdır”

 

 

 

Son günlər Təhsil Nazirliyi yanında İctimai Şura ilə sabiq Təhsil naziri Misir Mərdanov arasında polemika sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.  

 

 

Belə ki, Misir Mərdanov İctimai Şuranın təhsilin inkişafına xidmət etmədiyini vurğulayıb və orada təmsil olunan şəxslər haqqında xoşagəlməz ifadələr işlədib. 

 

İctimai Şura isə öz növbəsində sabiq nazirin bu fikirlərini yersiz kimi səciyələndirib.

 

 

AzEdu.az-a danışan sabiq Təhsil naziri, professor  Firudin Cəlilov məsələyə neytral mövqedə olduğunu söyləyib:

 

 

“30 ilə yaxındır ki, təhsil sahəsindən ayrılmışam. İctimai Şuranın fəaliyyəti ilə maraqlanmıram. Oradan yalnız Şahlar Əsgərovu tanıyıram,  onun fikirləri ilə də çox vaxt razı oluram. O, təhsili araşdıran və elmə xidmət etməyi bacaran şəxsdir. Digər üzvlər barəsində məlumatım yoxdur.

 

 

Misir Mərdanov isə təhsili bilən insandır və həmin sahəsinin daxilində yetişib. Lakin bu gün bəzi şəxslər dərs demədən, məktəbdə çalışmadan bu sektorda yüksək vəzifələr əldə edirlər”.

 

 

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları