Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 14:55:00
Azərbaycanda bəzi universitetlərin nəzdindəki kolleclər yenidən təşkil edilir  

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər 9 orta ixtisas təhsili müəssisəsi (Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkil ediləcək.

AzEdu.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edək ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununa əsasən orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili nəzərdə tutulub.

Ötən müddət ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Təhsil Nazirliyinin tabeliyində olan 35 orta ixtisas təhsili müəssisəsindən 9-u publik hüquqi şəxs statusuna malik olan kollecə çevrilmə yolu ilə yenidən təşkil edilib.