Azedu.az

Bu nazirlikdə vakant vəzifə boş qaldı - Müraciət edən olmadı

Bağçalar

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

Uğur hekayələri

Araşdırma

Videolar

Seçilmişlər

Layihələrimiz

7 Mart 2018, 11:06
Bu nazirlikdə vakant vəzifə boş qaldı - Müraciət edən olmadı

DİM tərəfindən 13 fevral 2018-ci il tarixində 7 dövlət orqanında 166 vakant vəzifənin tutulması üçün elan edilmiş ümumi müsahibənin sənəd qəbulu yekunlaşıb.

AzEDU.az DİM-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyində vakant 1 vəzifə, Maliyyə Nazirliyində vakant 1 vəzifə, Kənd Təsərrüfatı Nazirliyində vakant 43 vəzifə, Təhsil Nazirliyndə vakant 8 vəzifə, Mədəniyyət və Turizm Nazirliyində vakant 1 vəzifə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant 110 vəzifə, Dövlət Statistika Komitəsində vakant 1 vəzifə üzrə elan edilmiş ümumi müsahibənin sənəd qəbulu başa çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 193, Kənd Təsərrüfatı Nazirliyi üzrə 35, Təhsil Nazirliyi üzrə 2, Mədəniyyət və Turizm Nazirliyi üzrə 1, Maliyyə Nazirliyi üzrə 1, Dövlət Statistika Komitəsi üzrə isə 1 nəfər ümumi müsahibədə iştirak etmək üçün sənədlərini Dövlət İmtahan Mərkəzinə təqdim edib. Səhiyyə Nazirliyi üzrə elan edilmiş vakant vəzifəyə müraciət edən olmayıb.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox