Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 16:53:00
Gürcüstanın orta və ali məktəblərində əyani tədris bərpa olunub  

Oktyabrın 4-dən Gürcüstanın orta və ali məktəblərində dərslər əyani formada bərpa edilib.

 

AzEdu.az xəbər verir ki, müəllimlər, texniki işçilər, müəllimlər, tələbə və şagirdlər sinif otaqlarında və auditoriyalarda qoruyucu maska taxmalı olacaqlar.

 

Gürcüstanda bu gündən uşaq bağçaları da açılıb, uşaq əyləncə mərkəzlərinin fəaliyyətinə icazə verilib.

 

Xatırladaq ki, Gürcüstanda 2021-2022-ci tədris ili sentyabrın 15-dən distant formada başlayıb.(Azərtac)