Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 15:42:00
“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi elan edilir  

Ali və orta ixtisas təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən təşəbbüslərin dəstəklənməsi məqsədilə Təhsil Nazirliyi “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda qrant müsabiqəsi elan edir.

 

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak üçün müraciət sənədləri 5 - 18 oktyabr 2021-ci il tarixlərində elektron formada [email protected] ünvanına göndərilməlidir.

 

Layihələrin qəbulu üçün son müddət 18 oktyabr 2021-ci il saat 21:00 müəyyənləşdirilib.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

 

“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı

Layihə təklifi forması
Xərclər smetası
İcra planı