https://www.zirve.edu.az/ #
2021-10-04 11:24:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 662 nəfər qeydiyyatdan keçib  

Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 24-də dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Mərkəzdən  bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 14-ü saat 14:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:15-dək imtahanda iştirak etmək üçün 662 nəfər (BA - 171, BB - 491) qeydiyyatdan keçib.

İmtahanların başlanma saatı və yeri barədə məlumat Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.