Bu gündən Azərbaycanda orta və ali məktəblərdə əyani tədris tam bərpa olunub. Nazirlər Kabineti yanında Operativ Qəraragahın yaşı 18-dən yuxarı olan tələbələrdən COVID-19 pasport tələbi əksər universitetlərin qarşısında izdiham yaradıb.
Analoji hal Azərbaycan Dillər Universitetində də yaşanıb. Uzun növbə, böyük sıxlıq tələbələrin dərsə yubanmasına gətirib çıxardıb.
Qeyd edək ki, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələbi müəyyən edilir.
Modern.az