Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-28 13:41:00
Xarici universitetləri seçərkən hansı məqamlara diqqət yetirmək vacibdir?- Cavab  

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

 

Bəs xaricdə təhsil almaq üçün ali təhsil müəssisəsini və təhsil proqramını(ixtisası) seçərkən hansı əsas məqamlara diqqət  yetirmək vacibdir?

 

AzEdu.az xəbər verir ki, xaricdə təhsil almaq üçün ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən aşağıdakı əsas məqamlara diqqət yetirilməsi tövsiyə olunur:

 

Ali təhsil müəssisəsinin ( eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən fililallarının) tədris proqramının ( ixtisasın) akkreditasiyanın olması;

 

Bu məqsədlə ENİC-NARIC (Avropa İnformasiya Mərkəzləri- Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla(yaxud yerli akkreditasiya  orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akreditə olunan ali təhsil müəssisələrinin siyahını əldə etmək mümkündür.

 

Təhsilalma formasının Azərbaycan Respublikasının qanunverciliyinin tələblərinə uyğun olması;

 

Müvafiq qanunvericiliyə əsasən, distant,eksternat, fərdi qrafik, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi( nostrifikasiyası) mümkün deyil.

 

Təhsilin keyfiyyəti;

 

Təhsil almaq istədiyiniz ali məktəbi seçərkən, onun beynəlxalq reytinq cədvəllərindəki ümumi və konkret ixtisaslar üzrə yerinin araşdırılması  tövsiyə olunur.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verə  bilərsiniz.