Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 26-da keçirilən rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) başa çatıb.
AzEdu.az xəbər verir ki, sentyabrın 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.