Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 12:13:00
Kolleclərə ixtisas seçimi başa çatdı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 27-də başlanıb və 8 sentyabr saat 09:00-dək davam edib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bu il 33 min 88 abituriyent sənəd qəbulunda iştirak edib. Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21 min 99 (Azərbaycan bölməsi - 20667, rus bölməsi - 432) nəfərdir.

 

Müqayisə üçün qeyd edək ki, ötən il sənəd qəbulunda iştirak edənlərin sayı 19 min 236, ixtisas seçimi edənlərin sayı isə 10 min 958 nəfər olub.

 

Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.