https://www.zirve.edu.az/ #
2021-09-08 11:49:00
Ən gənc tələbənin valideyni danışdı-Ürək əməliyyatları həyata keçirmək istəyir

Ali məktəblərə ixtisas seçiminin nəticəsi bir neçə gündür ki, açıqlanıb. Belə ki, bu il tələbə adını qazanan ən gənc tələbənin 15, ən yaşlısının isə 52 yaşı var. Ən gənc tələbə Həmid Səfərlidir. O, Azərbaycan Tibb universitetinin “TİBB” ixtisasına qəbul olub.

AzEdu.az azyaşlı tələbənin valideyni ilə həmsöhbət olub. Həmid Səfərlinin anası Sona Əliyeva övladının təhsili ilə bağlı maraqlı məqamları bölüşüb:

“Həmid 4 yaş yarımından məktəbə gedib. Bacısı isə ondan 1 yaş böyük olanda məktəbə başladı. Onlar hər ikisi erkən yaşda tədrisə cəlb olunublar. Onun dərslərə yanaşmasını, qavrama qabiliyətini görüb məktəbə qəbul etdilər. Goranboy rayon 2 saylı orta məktəbi bitirib”.

 

“Ürək əməliyatları həyata keçirmək istəyir”

 

Sona Əliyeva Həmidin həkim olmağı lap erkən yaşdan qarşısına məqsəd qoyduğunu vurğuladı:

“3 ildir ki, universitet hazırlığına başlayıb. Əvvəldən həkim olmağı düşünüb. Həm Həmid, həm də bacısı Tibb universitetinin “Tibb” ixtisasına dövlət sifarişi əsasında  daxil oldular. Ola bilsin ki, bu genlə keçən prosesdir. Özüm də Goranboy rayon  Mərkəzi klinikada onkoloq həkim işləyirəm. Həmid məktəbi də əlaçı kimi başa vurdu. Qəbul imtahanından 602 bal topladı.

Həmidin uşaqlıqdan arzusu cərrah olmaqdır. O, əsasən, ürək əməliyatları həyata keçirmək istəyir. 3 illik hazırlıq müddətində ağıllı telefon işlətməyib, sosial şəbəkədən,  həmçinin televizordan da uzaq durub. Dərslərdən yorulanda dincəlmək üçün şahmat oynayıb, pioninoda ifa edib”.  

 

İmtahandan sonra...

 

“İmtahan bitdikdən sonra yüksək nəticə əldə etdiyini bilirdi. Sadəcə onlayn dərslər, müharibə şəraiti kimi hallar onun balına təsir etdi. Buna baxmayaraq, arzuladığı ixtisasa qəbul olmağı bacardı”.  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları