Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 11:11:00
Türkiyədə dərslər əyani formada BAŞLADI

Türkiyədə bu gün yeni tədris ili başlayıb.

 

AzEdu.az-ın məlumatına görə, ölkədə yeni tədris ilində dərslər ənənəvi qaydada, üz-üzə keçiriləcək.

 

Qeyd olunur ki, koronavirus pandemiyası ilə əlaqədar peyvənd olunmayan müəllim və digər əməkdaşlar həftədə iki dəfə test verəcək.

 

Ölkədəki bütün məktəblərin tibbi maska və dezinfektantlarla təmin olunduğu bildirilir. Bundan başqa, qeyd olunur ki, sıxlığın aradan qaldırılması üçün tənəffüslər fərqli vaxtlarda təşkil olunacaq.

 

Xatırladaq ki, bu günədək Türkiyədə 6,5 milyona yaxın şəxs koronavirusa yoluxub, 58 mindən çox şəxs vəfat edib.