Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 10:07:00
“UNEC-i seçən hər bir tələbəyə təşəkkür edirəm”-Ədalət Muradov

 

“Bu ilki tələbə qəbulunun ilkin nəticələri göstərir ki, UNEC qəbul planında nəzərdə tutulmuş yerlərin 98,3 faizi dolmuşdur”

 

AzEdu.az  xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd  edib.

 

Rektor UNEC-i seçən tələbələri təbrik edərək, gözləntiləri doğrultmaq üçün bütün səyləri səfərbər edəcəklərini bildirib:

 

“İnanırıq  ki, boş qalan 1,7 faiz yer ikinci mərhələdə öz layiqli sahiblərini tapacaqdır. Tələbə adını qazanan hər bir gənci təbrik edir, UNEC-i seçən hər bir tələbəyə təşəkkür edirəm. UNEC-i seçənlərin bütün gözləntilərini doğrultmaq üçün həmişə olduğu kimi, bütün səylərimizi səfərbər edəcəyik.

 

Tələbə adını qazanmış gənclərin valideynlərini təbrik edirik! Gözünüz aydın olsun!

UNEC ailəsinə xoş gəlmisiniz, əziz birinci kurs tələbələri!

Yolunuz açıq olsun...”