Azedu.az

UNEC-in direktoru “Dostluq” ordeni ilə təltif olunub

Ali təhsil

2 İyun 2026, 10:59
UNEC-in direktoru “Dostluq” ordeni ilə təltif olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə UNEC-in Dərbənd filialının direktoru Qurban Səidoviç Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

AzEdu.az xəbər verir ki, Q.Qurbanov uzunmüddətli fəaliyyəti dövründə iki ölkə arasında akademik və mədəni əməkdaşlığın genişlənməsinə, təhsilin inkişafına və universitetlərarası əlaqələrin gücləndirilməsinə mühüm töhfələr verib.

Ukraynadan ŞOK HÜCUM - Rus ordusu mühasirəyə düşdü
Son xəbərlərDaha çox