Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 12:52:00
Təhsil eksperti DİM sədrinə müraciət etdi-Blok imtahanı üçün müəyyən edilən bal limiti aradan qaldırılmalıdır

İxtisas qrupları üzrə qəbul imtahanları yekunlaşıb. Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200- dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Təhsil eksperti Adil Vəliyev AzEdu.az-a açıqlamasında DİM sədri M.Abbaszadəyə müsabiqdə abituriyentlərin iştirakı ilə bağlı təklifini səsləndirdi. Həmin təklifi təqdim edirik:

 

“Təklifim həm ali təhsil müəssisələrində plan yerlərinin boş qalmamasına, həm də bu il ki çətinliklər üçün abituriyentlərin çəkdiyi əziyyətə kömək olacaq”.

 

“Dövlət İmtahan Mərkəzi bir qayda olaraq hər il ali məktəblərə qəbul üçün müəyyən bal məhdudiyyəti tətbiq edir. Blok imtahanından minimum 50 və ya 100, ümumilikdə isə 150 bal toplamaq müəyyən edilib. Ancaq bu il üçün istər pandemiya, istərsə də Vətən müharibəsi dövründə olan çətinliklər abituriyentlərin qəbul imtahanına hazırlaşmasında problemlər yaratdı ki, bunun nəticəsini imtahanların cavabları açıqlananda daha yaxından gördük. Hörmətli DİM sədri Məleykə xanım, təklif edirəm ki ümumi balı minimum 150 olaraq saxlamaqla, blok imtahanı üçün müəyyən edilən bal limitini aradan qaldırasınız. Bu təklifim həm ali təhsil müəssisələrində plan yerlərinin boş qalmamasına, həm də bu il ki çətinliklər üçün abituriyentlərin çəkdiyi əziyyətə kömək olacaq. Diqqətə alacağınızı ümid edirəm". 

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları