Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 11:55:00
Nə üçün Təhsil Nazirliyi müəllimlərə yenidən MİQ-ə qatılmaq şansı verdi?-Şöbə müdiri açıqladı

12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi  üzrə MİQ prosesinə qatılanlara avqust ayında yenidən imtahana qatılmaq şansı veriləcək. Bu baərədə Təhsil Nazirliyi rəsmi məlumat yayımlayıb.

Buna səbəb nə oldu? Suallar səhv idimi? Yoxsa səbəb başqaydı?

 

Bu sualları Təhsil Nazirliyinin canlı yayımında şöbə müdiri Vəfa Yaqublu cavablayıb. Həmin fikirləri təqdim edirik:

 

"MİQ-də sualların səviyyəsi aşağı olmamalıdır. Bu qərar onunla bağlıydı ki, həmin günkərdə salınan suallar biraz da ağır olub. Hər kəsə eyni şansı vermək üçün həmin müəllimlərə yenidən fürsət veriləcək. Avqustda kimsə istəsə yenidən iştirak ed bilər və ya köhnə balyla qatıla bilər". 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları