Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-23 14:58:00
Ötən həftənin MİQ imtahanları-Bu fənlər üzrə namizədlər özlərini sınadılar-İCMAL

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

AzEdu.az 12-17 iyul tarixlərində həyata keçirilən MİQ müsabiqənin test imtahanı mərhələsinin həftəlik icmalını təqdim edir:

 

 

Bu həftə ərzində fiziki tərbiyə, Azərbaycan dili, Rus dili və ədəbiyyat, Fransız dili və texnologiya fənləri üzrə test imtahanları keçirilib.

 

 

Fiziki tərbiyə üzrə Azərbaycan bölməsi üzrə 2850, Rus bölməsi üzrə isə 82 nəfər iştirak edib. Ən yüksək nəticə 56 bal olaraq qeydə alınıb.

 

 

Azərbaycan dili fənnindən yalnız Rus bölməsi üzrə isə 81 nəfər iştirak edib. Ən yüksək nəticə 54 bal olub.

 

 

Rus dili və ədəbiyyat üzrə yalnız Rus bölməsi üzrə isə 253 nəfər iştirak edib. Ən yüksək nəticə 55 bal olaraq qeydə alınıb.

 

 

Texnologiya fənnindən Azərbaycan bölməsi üzrə 2199, Rus bölməsi üzrə isə 5 nəfər iştirak edib. Ən yüksək nəticə 58 bal olub.

 

 

Fransız dili fənnindən Azərbaycan bölməsi üzrə 237, Rus bölməsi üzrə isə 22 nəfər iştirak edib. Ən yüksək nəticə 57 bal olaraq qeydə alınıb.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları