Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-20 14:40:00
MİQ üzrə imtahan verənlər apellyasiyaya  necə və nə zaman müraciət edə bilər?-DİQQƏT

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

 

İmtahanda   iştirak edən müəllimləri  maraqlandıran  əsas  mövzulardan  biri  də  apellyasiyadır.

 

Bəs  imtahanda  iştirak  edən  müəllim  apellyasiyaya necə və  nə zaman  müraciət  edə  bilər?

 

AzEdu.az  bu  suallara  cavab  olaraq  İnsan  Resursları  Mərkəzinin  məlumatını  təqdim  edir:

 

“İmtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir”.