Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-13 13:33:00
"Orta məktəblərdə kişi müəllimlərin sayı çox azdır”-Yüksək bal toplayan NAMİZƏD

 

Müəllimlərin  işə  qəbulu  üzrə  test  imtahanları  mərhələsi  davam  edir.

 

2021-ci  il  üzrə  bu  imtahanlarda  iştirak  edən  kişi  namizədlər  arasında  ilk  yüksək  balı  namizəd  qeydə  alındı.

 

Riyaziyyat  fənni  üzrə  56  bal  toplayan  Pərvin  Hümmətzadə  AzEdu.az-a  açıqlamasında  tələbələlik  illərindən  bu  fənn üzrə  müəllim  kimi  fəaliyyətə  başladğını  bildirib:

 

“22 aprel 1992-ci ildə anadan olmuşam. 2009-cu ildə Sumqayıt şəhər 34 saylı orta məktəbi bitirib, həmin il 565 balla Azərbaycan Dövlət İqtisad Universiteti  Dünya iqtisadiyyatı  ixtisasına qəbul oldum. 2013 -cü ildə bu universiteti bitirdim. Hələ təbəlik illərindən riyaziyyatdan müəllim kimi fəaliyyətə başladım və  elə bu səbəbdən 2017ci ildə yenidən imtahan verərək Sumqayıt  Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasına qəbul oldum. Bu il məzun olduqdan  sonra  fəaliyyətimi orta məktəbdə davam etdirmək üçün MiQ imtahanında iştirak etdim”.

 

O, bildirib  ki, abituriyentlərlə  yanaşı  MİQ üzrə  müəllim  hazırlığı  ilə  də  məşğul  olur:

 

“İlk  dəfə  idi  ki,bu  imtahanda  iştirak  edirdim .Artıq 10 ildi abituriyent hazırlığıyla məşğul oluram. Eyni zamanda MiQ imtahanına müəllim də hazırlaşdırıram. Buna görə ixtisasdan  əlavə  heç  bir  şeyə  hazırlaşmadım, yalnız pedaqogikanı oxuyub  imtahana daxil oldum”.

 

Pərvin  Hümmətzadə, hədəfinin  şagirdlərin  öyrənməkdə  çətinlik  çəkdiyi  Riyaziyyat  fənnini  onlara daha  asan  üsullarla  öyrətmək  olduğunu  bildirib:

 

“İmtahan sualları normal idi. Sadəcə  biraz  texnika və sürətli  yazmaq  tələb  olunur. Düşünürəm  ki, təcrübəsi olan və 10-11ci siniflərlə məşğul ola biləcək  müəllimlər belə  çox rahatlıqla  yaza bilər. Hədəfim Sumqayıt şəhərində yerləşən məktəblərdən birində fəaliyyətimi davam etdirməkdir. Şagirdlərin ən çox problemlə üzləşdiyi və öyrənməkdə çətinlik çəkdikləri Riyaziyyat elmini onlara daha asan və interaktiv təlim üsullarıyla öyrətmək  arzusundayam. Bu yolda hər bir müəllimə uğurlar”.

 

Son  olaraq  o , kişi  müəllim  namizədlərin  imtahana yaxşı hazırlaşıb orta məktəbdə çalışmalarını istədiyini  bildirib. “Çünki  hazırda orta məktəblərdə kişi müəllimlərin sayı çox az  saydadır”-deyə  qeyd  edib.