Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-09 17:25:00
Seçdiyiniz universitetin dövlət akkreditasiyasına sahib olduğuna əmin olun-XƏBƏRDARLIQ

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün yekun təhsil sənədini verən ali təhsil müəssisənin təhsil alınan ölkənin səlahiyyətli qurumu tərəfindən akkreditə olunması başlıca şərtlərdən hesab edilir. Bu səbəbdən, vətəndaşların seçdikləri ali təhsil müəssisəsinin dövlət akkreditasiyasına sahib olduğuna əmin olmaları tövsiyə olunur!

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməmişdir. Bu səbəbdən, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür.

 

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının ölkə ərazisində tanınması prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı  əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları