Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-23 13:12:00
Dövlət qulluğu imtahanlarında xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları da iştirak ediblər  

Son bir il ərzində dövlət qulluğunun A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr və B növü – inzibati icraçı vəzifələr üzrə mərkəz tərəfindən keçirilən test imtahanlarında respublikamızın 45 ali təhsil müəssisəsinin, habelə müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları iştirak ediblər.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. M.Abbaszadə bildirib ki, imtahanlarda daha çox Bakı Dövlət Universiteti (24,04%) və Azərbaycan Dövlət İqtisad Universitetinin (16,82%) məzunları uğur qazanıblar. Bakı Dövlət Universitetinin məzunları həm B növü – inzibati icraçı vəzifələr üzrə (360 məzun), həm də A növü inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (13 məzun) ən yüksək nəticə göstəriblər. Ümumiyyətlə, test imtahanlarında uğur əldə edən namizədlərin əksəriyyətini dövlət ali təhsil müəssisələrinin məzunları təşkil edir.