Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-22 14:24:00
MİQ üzrə bu sayda namizədin elektron ərizəsi təsdiqlənib

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin yoxlanılması prosesi başa çatıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, elektron ərizələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Ərizələr emal edildikdən sonra 59 172 namizədin ərizəsi qəbul olunaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

 

Qeyd edək ki, 4-11 iyun tarixlərində həyata keçirilən bu mərhələdə 60 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.

 

Növbəti mərhələdə test imtahanının qrafiki ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.