Aspirant Moskva Dövlət Universitetinin baş binasının pəncərəsindən düşərək, ölüb.
AzEdu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moskva şəhər hüquq-mühafizə orqanından bildiriblər.
“1991-ci ildə anadan olmuş oğlan pəncərədən düşərək ölüb. Hadisənin təsadüf olduğu ehtimal edilir” , - deyə mənbə vurğulayıb.
Mənbə bildirib ki, aspirant açıq pəncərənin altında oturubmuş, əli pəncərədən üzülərək, yerə düşüb.
Universitetdən hadisə ilə bağlı açıqlama verilməyib.