Azedu.az

BŞTİ-nin 12 şagirdi “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibi olub  

11 İyun 2021, 13:12
BŞTİ-nin 12 şagirdi “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibi olub  

2020-2021-ci dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 12 şagirdi “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibi olub.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, müsabiqənin ölkə mərhələsinin nəticələrinə görə, paytaxt məktəblilərindən 1-i I yerə, 3-ü II yerə, 8-i isə III yerə layiq görülüb.

 

“Sabahın alimləri” X Respublika Müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 260 nömrəli tam orta məktəbin şagirdləri beynəlxalq Elm və Mühəndislik Sərgisində (Intel ISEF) Azərbaycanı təmsil etmək hüququ qazanıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox